Bakı Baş Təhsil İdarəsi dəyişikliklər etdi

EDİTOR.AZ / None / 19.06.2013 17:13
Xəbəri paylaş
Bu xəbər 47 dəfə oxunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) və tabeliyindəki təhsil müəssisələrində “Vətəndaşların qəbulu qaydaları”nda dəyişikliklər edilib. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, İdarənin müdiri Nailə Rzaquliyevanın əmrinə əsasən, yeni qaydalar və BŞTİ–də rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki təsdiq edilib. Yeni qaydalara uyğun olaraq, BŞTİ–də və tabeliyindəki təhsil müəssisələrində vətəndaşların qəbulu [...]


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) və tabeliyindəki təhsil müəssisələrində “Vətəndaşların qəbulu qaydaları”nda dəyişikliklər edilib.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, İdarənin müdiri Nailə Rzaquliyevanın əmrinə əsasən, yeni qaydalar və BŞTİ–də rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki təsdiq edilib. Yeni qaydalara uyğun olaraq, BŞTİ–də və tabeliyindəki təhsil müəssisələrində vətəndaşların qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Təhsil İdarəsində vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş qrafik əsasında aparılır. Rəhbərlik müvafiq əmrlə idarədə və ya təlim – tərbiyə müəssisələrində qəbul işini həyata keçirmək üçün məsul vəzifəli şəxsi təyin edir və bu məqsəd üçün ayrılmış xüsusi “Qəbul otağı”nda vətəndaşların qəbul edilməsini təmin edir. Məsul vəzifəli şəxs vətəndaşı qəbul edir və “Vətəndaşların qəbulu” kitabında qeydlər aparır. Qəbul qrafikinə uyğun olaraq, vətəndaşlar qəbula yazılır, qəbul günü və vaxtı onlara və onları qəbul edəcək şəxslərə məsul vəzifəli şəxslər tərəfindən bildirilir. Rəhbərlik və vəzifəli şəxslər qəbullarında olmuş vətəndaşların müraciətlərinin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün lazım olan digər tədbirlər görürlər. Müraciətdə irəli sürülən məsələlərin həlli idarənin və ya təlim–tərbiyə müəssisəsinin (vəzifəli şəxsin) səlahiyyətlərinə aid olmadıqda hara müraciət etmək lazım olunduğu vətəndaşlara izah edilir.


Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva həftənin I günü saat 9:00 – 13:00, III gün 14:00 – 18:00, V gün 9:00 – 13:00 – da, idarənin müdir müavinləri və sektor müdirləri, o cümlədən Metodiki mərkəzin direktoru həftənin bütün günləri (I – V) bütün iş günü ərzində vətəndaşları qəbul edirlər.

//lent.az

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map