Yayda dəriyə necə qulluq etməli

MİLLİ AZ / None / 06.06.2013 18:14
Xəbəri paylaş
Bu xəbər 5 dəfə oxunub

Artıq çimərlik mövsümü başlayıb.


Hamı dənizə hazırlaşır. Hamı günəşin qızmar süaları ilə dənizin sərinliyinin həzzini yaşamaq istəyir. Lakin günəş şüalarının dəriyə təsiri, zərərləri və təhlükəsi barədə çoxu düşünmür. Yay mövsümündə günəş şüaları, dəniz, hovuz kimi səbəblərlə köhnələn, quruyan, solan dəriyə xüsusi qulluq etmək lazımdır.Dəriyə qulluq hər şeydən əvvəl dərinin normal funksiyalarını yerinə yetirməsinə imkan verən, bu funksiyaları qoruyan və xəbərdar edən bir əməliyyatdır. Dəriyə yaxşı qulluğun əsas qaydası dərinin quruluşuna uyğun təmizliklə başlayır. Bu təmizliyin təkcə axşamlar deyil, səhərlər də edilməsi lazımdır. Dəriyə hopmuş toz, makiyaj artığı, yağ kimi çirklərin, mikroorqanizmlərin və iltihab mənbələrinin aradan qaldırılması çox önəmlidir. Dəri üzərində olan çirkli təbəqə ilə yanaşı nikotin, spirt, pis qidalanma, pis yuxu və pis vərdişlər kimi faktorlarla də dərinin quruluşu pozula bilər.Kosmetoloq-dermatoloq Ramil Qəhrəmanovun sözlərinə görə, bütün fəsillərdə olduğu kimi yayda da dəri xüsusi qulluq tələb edir. Yayda dəri günəş şüaları, dəniz suyu və bu kimi səbəblərlə daha çox quruyur, dərinin nəm ehtiyacı artır. Yayda həftədə ən azı 2-3 dəfə nəmləndirici maskalardan istifadə etmək lazımdır.Yayda istifadə edilən kremlərdəki qoruyucular dəri altında ölü təbəqə yaranmasına gətirib çıxarır. Dərini soyan və təmizləyici maskalar yayda dərinin daha canlanmasına kömək edir. Həkim bildirir ki, günəşin həyat üçün faydaları müzakirəsiz olsa da, günəşdən qaçmaq və ya daha az təmasda olmaq lazımdır: Çünki günəş işığı, dərinin daha tez yaşlanmasına səbəb olan faktordur. Günəş şüaları dəridə istənilməyən ləkələrin, çillərin yaranmasına səbəb olur. Ən önəmli zərəri isə dəri xərçəngi riskinin artmasıdır.Həmsöhbətimizin fikrincə, dəri xərçəngi son illərdə çox sürətlə artır: Günəşdən qaralma dünyada sağlam bir görünüş kimi qəbul edilsə də, əslində bu, dəri üçün zərərlidir. Dəri öz-özünü qoruyur. Belə olduğu halda elm sübut edir ki, dəri nə qədər çox qaralıbsa, o qədər ziyan alıb. Bu səbəblə də günəşdən qaralmanı sevənlər bütün qoruyucu tədbirlərə fikir verməlidirlər.Dermatoloq məsləhət görür ki, günəşin zərərli şüalarından qorunmaq üçün möhkəm toxunmuş, açıq rəngli geyimlər geymək, geniş kənarları olan papaqlar və gün eynəklərindən istifadə etmək lazımdır. Kölgədə qalmaq, günəşin zərərli təsirlərindən tam qorunmaq demək deyil, qum və dəniz günəş şüalarını əks etdirdiyi üçün günəş şüalarından qorunmaq üçün ağ rəngli geyimlərə üstünlük verilməlidir. Saat 11.00-15.00 arası dəniz kənarına getmək, günəş şüaları altında olmaq məsləhət görülmür. Yay aylaında hamının, əsasən də açıq rəngli dərisi olan insanların günəşdən qoruyucu kremlərdən istifadəsi çox önəmlidir.R.Qəhrəmanovun dediyinə görə, günəşdən qoruyucu kremlər seçərkən də diqqətli olmaq lazımdır: Günəşdən qoruyucu kremlər ultrabənövşəyi şüaları soraraq paylama yolu ilə dəriyə yönləndirir. Günəşdən qoruyucu kremlərin fəaliyyətini qoruma faktoru müəyyən edir. Qoruma faktoru krem istifadə edilmiş bölgədə əmələ gələn qızartı və krem istifadə edilməmiş bölgədə əmələ gəlmiş qızartı nisbəti ilə müqayisə edilir. Yay aylarında qoruma kremlərindən mütləq istifadə etmək lazımdır.Günəş şüaları altında çox qalma nəticəsində dəridə ağrılı, qırmızı dəri yanığı əmələ gəlir. Möhkəm bir yanıq gələcəkdə dəri xərçənginin yaranmasına səbəb ola bilər.Dəniz sahilində ikən kremlər hər yarımsaatdan bir çəkilməlidir: Bəzi qadınlar var ki, ətirdən çox istifadə edilər. Günəş işıqlarının gördüyü yerlərə ətir vurmaq həmin yerlərdə daim ləkələrin yaranmasına səbəb ola bilər. Ətiri günəş şüaların dəymədiyi yerlərə-paltarın içinə, üzərinə və ya saçlara vurmaq lazımdır. Çalışmaq lazımdır ki, dəriyə dəyməsin. Əgər gün dəyən yerlərə ətir vurularsa, həmin bölgədə dərinin rənginin dəyişməsi müşahidə oluna bilər. Unutmamaq lazımdır ki, kölgə olsa belə dəriyə ətir vurmaq olmaz.  Ekspress.az

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map