Avtomobillərin texniki baxışı prosesindəki dəyişikliklər qüvvəyə mindi

ANS PRESS / Azərbaycan / 18.04.2013 01:25
Xəbəri paylaş
Bu xəbər 247 dəfə oxunub

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Prezident qərara alıb ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və prezidentə təqdim etsin.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslərin illik yol vergisini ödəməsinə və avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalamasına nəzarət mexanizmi barədə təkliflərini iki ay müddətində Azərbaycan prezidentə təqdim etsin.

Üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin.

Qeyd edək ki, dəyişikliklərdə nəzərdə tutulur ki, tramvayların və trolleybusların, traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinin, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin və avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə texniki baxış ildə bir dəfə keçirilir. Bu nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməyəcəklər.

Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə tutulur.

Bu nəqliyyat vasitələrinin istehsal olunduğu vaxtdan dörd il müddətində texniki baxışdan keçirilməməsi qərara alınıb.

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: info@newsmeeting.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map