Mayın sonunda Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək

MİLLİ AZ / Biznes / 30.03.2013 15:19
Xəbəri paylaş
Bu xəbər 5 dəfə oxunub

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, mayın sonundan Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək.


Hazırda Prezident İlham Əliyevin tapşırığı ilə ictimai nəqliyyatda kart sisteminin tətbiqi üçün iş aparılır. Prezident tapşırıq verib ki, vahid kart sistemi yalnız avtobuslarda deyil, metro sistemində də həyata keçirilsin. Türkiyənin müvafiq şirkətləri bizimlə bu istiqamətdə çalışır, - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Ziya Məmmədov bildirib.Nazirin sözlərinə görə, may ayının sonundan ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub.2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılacaq və vətəndaşların istifadəsinə veriləcək, - o deyib.Milli.Az

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: info@newsmeeting.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map