Azərbaycanda dəhşətli yol qəzası: 1 nəfər öldü, 4 nəfər yaralandı

MİLLİ AZ / Cəmiyyət / 15.02.2013 16:55
Xəbəri paylaş
Bu xəbər 23 dəfə oxunub

Aran-Mingəçevir yolunda ölümlə nəticələnən yol qəzası baş verib.


Yevlax Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində yolun 8-ci kilometrliyində qeydə alınıb. 90 GZ 404 dövlət nömrə nişanlı “BMV” markalı avtomobil 99 BV 979 dövlət nömrə nişanlı “VAZ-21015” markalı maşınla toqquşub. Hadisə zamanı 1992-ci il təvəllüdlü, Yevlax sakini Həsənov Heydər Elşad oğlu ölüb, Mingəçevir şəhər sakinləri, 1989-cu il təvəllüdlü Məhərrəmov Amil Mikayıl oğlu, 1986-cı il təvəllüdlü Babayev Ceyhun Gündüz oğlu, 1984-cü il təvəllüdlü Əliyev Elçin Məhərrəm oğlu və Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Həsənov Rahib Maarif oğlu ağır xəsarətlərlə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.Milli.Az

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map