Məhərrəm Əliyev prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətində şöbə müdiri təyin edildi

MEDİAFORUM / Azərbaycan / 30.11.2012 20:12
Xəbəri paylaş
Bu xəbər 102 dəfə oxunub

Noyabrın 30-da prezident İlham Əliyev Məhərrəm polis general-leytenantı olan Məhərrəm Əliyevə general-leytenant hərbi rütbəsinin verilməsi və onun həqiqi hərbi xidmətə qəbul edilməsi haqda sərəncam imzalayıb.


"Media forum" saytının məlumatına görə, dövlət başçısının daha bir sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Məhərrəm Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri olub.


Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map