“ASAN XİDMƏT” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək

QAYNAR / Azərbaycan / 27.09.2012 12:13
Xəbəri paylaş
Bu xəbər 1727 dəfə oxunub

Azərbaycanda yaradılması nəzərdə tutulan “ASAN XİDMƏT” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək.


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

Onun sözlərinə görə, yeni mərkəzlərin funksiyalarına bura pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin verilməsi, nikahın qeydiyyatı və s. xidmətlər aiddir: “Bu da onu göstərir ki, hökumət bir çox neqativ halların qarşısının alınması üçün vətəndaşlara daha yaxşı şərait yaradır və vətəndaş-dövlət əlaqələrinin sıxlaşmasına, dövlət məmurlarının bürokratiya və süründürməçiliyinin qarşısını almağa çalışır. 

Fikrimcə, bu sistem çox böyük dəyişikliklərə səbəb olacaq”. A.Quliyev deyib ki, bu xidmətlər təkcə Bakıda yox, regionlarda da təşkil olunacaq və vətəndaşlar dövlət qurumlarına yox, məhz “ASAN XİDMƏT” mərkəzlərinə müraciət edəcəklər: “Yeni qurumun yaradılması korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərdən biridir və neqativ halların minimuma endirilməsinə kömək edəcək”. Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map