Sabaha olan hava haqqında məlumat

DƏYƏRLƏR / Cəmiyyət / 10.09.2012 14:54
Xəbəri paylaş
Bu xəbər 76 dəfə oxunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-17, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir. Hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində əlverişsiz hava şəraitinin müşahidə olunması dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2 dərəcəyədək aşağı enəcəyi, 21-22 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map