Misir Mərdanov işdən azad edildi?

DƏYƏRLƏR / Cəmiyyət / 04.06.2012 16:02
Xəbəri paylaş
Bu xəbər 683 dəfə oxunub

Təhsil naziri Misir Mərdənovun vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bunu SalamNews-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

O deyib: "Hazırda M.Mərdənov xarici ölkədə səfərdədir. O, xaricdə keçirilən beynəlxalq konfransda Azərbaycanı nazir kimi təmsil edir. Təbii ki, nazirin işdən çıxarılması ilə bağlı yayılan məlumatlar təxribatdan başqa bir şey deyil".

Xatırladaq ki, Azərbaycanın bir sıra KİV-ləri bu gün Prezident İlham Əliyev tərəfindən təhsil naziri Misir Mərdanovun işdən azad olunması haqqında Sərəncam imzalaması barədə məlumat yayıblar.Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map