SOCAR Bibiheybətdə Britaniya məktəbi tikir

DƏYƏRLƏR /
Biznes /
04.04.2012 20:27Xəbəri paylaş
Bu xəbər 431 dəfə oxunub
Çərşənbə günü paytaxtın Qaradağ rayonundakı Bibiheybət qəsəbəsində Bakı İstedadlar Məktəbinin təməl qoyuluşu olub. Məktəbi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) inşa edir.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev məktəbdə imtahan verdikdən sonra seçilən istedadlı uşaqlar oxuyacaq. Layihənin məsləhətçisi Britaniyanın Gabbitas şirkətidir.
R.Abdullayevin sözlərinə görə, bu il sentyabrın 15-də məktəb fəaliyyət göstərəcək. Tədris proqramı Britaniya standartlarına uyğun olacaq. məktəbdə 12 illik təhsil – 3 yaşından 18 yaşına kimi – nəzərdə tutulub. Məktəbin nəzdində uşaq bağçası fəaliyyət göstərəcək.
Məktəb pulsuz olacaq və ölkənin bütün regionlardan uşaqlar burada təhsil alacaqlar. Məktəbdə 120 nəfərlik yataqxana olacaq. Məktəb 1200 şagird üçün nəzərdə tutulub. Gələn ildən məktəbə texniki fənlər üzrə qəbul olacaq.
R.Abdullayev qeyd edib ki, SOCAR Bakı Ali Neft Məktəbini də açıb. Məktəbə 100 tələbə qəbul edilib.
Xəbərə aid URL »