Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

MEDİAFORUM / Cəmiyyət / 14.02.2012 13:06
Xəbəri paylaş
Bu xəbər 7000 dəfə oxunub

Yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun tərcümeyi-halı.


“Media forum” saytı yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun tərcümeyi-halını oxuculara təqdim edir.

Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub.

1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.

1986-1989-cu illlərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.

1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib.

2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb.

2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib.

2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2007-ci il aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

2010-cu il martın 17-də ona II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

2012-ci il fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Azərbaycan, rus dillərini bilir.

Xidmət etdiyi dövrdə 10-dan artıq dövlət mükafatı və medallarla təltif olunub.

Ailəlidir, iki övladı var.

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map