Həkimin qurd xəstəlikləri haqqında dediklər - cavablar

GÜN .AZ / Cəmiyyət / 10.12.2011 10:33
Xəbəri paylaş
Bu xəbər 5608 dəfə oxunub

Gün.Az səhiyyə sahəsində maarifləndirici rubrika olan “Onlayn məsləhətxana”da “qurd xəsəlikləri” haqqında materialı yayımladıqdan sonra oxucuların sualları mütəxəssis tərəfindən cavablandırıldı.


Qeyd edək ki, sualları “Medilux” klinikasının qastrerontoloqu Elnarə Əliyeva cavablandırdı.

- Aytən Fərhadova – Qurd xəstəliklərinin əlamətləri necə olur?

 


- Qurd insanın bədənində hansı orqanizm zəifdirsə o hissəni daha da zəiflədir. Məsələn, kiminsə saç tökülməsi varsa bunu daha da sürətləndirir. Əvvəllər dişin qıcanması, ağızdan su gəlmək, ağızdan pis qoxunun gəlməsi, arıqlamaq və s. digər hallar xəstəliyin əlamətləri kimi hesab edilirdi. Amma bir həqiqət var ki, qurd xəstəliyi ümumiyyətlə müəyyən yaşdan sonra xroniki hala keçir. Xroniki hala keçdikdən sonra bu əlamətlər artıq yaranmır.
 

- Aytən Həsənova - Hər hansı bir qurdun orqanizmdə olmasını (az və ya çox zərərli) necə başa düşmək olar? Qurdlardan hansı daha tez müalicə olunur?

 

- Ümumiyyətlə qurdları qruplara ayırmaq olmur. Məhşur allim Bauman bu barədə deyib ki, “əsas qurd deyil, qurd üçün yaradılan şəraitdir”.
 

Buradan da aydı olur ki, hər bir qurdun özünə görə müəyyən riskləri var. Burada əsas olan onlara şəraitin yaradılmamasıdır. Qurdun sevdiyi bəzi şəraitlər var ki, onlar həmin fürsətdən yaxşı istifadə edirlər. Qurd üçün həmin şəraiti yaratmamaq üçün ilk olaraq düzgün qidalanmaq lazımdır. Yəni, çalışmaq lazımdır ki, onun sevdiyi qidalar qəbul edilməsin. Belə olan halda həmin qurd yerləşdiyi yerdə çox qalmayacaq və orqanizm ondan təmizlənəcək.
 

Qurdlardan qurtulmağın ən yaxşı üsulu hidrokolon adlı aparatla mədə-bağırsağın təmizlənməsidir. Qurd bağırsaqlardan təmizləndikdən sonra isə müalicə aparıla bilər.

 

- Aytən Həsənova - Qurddan qorunmaq məqsədilə hansı profilaktik tədbirlər görülməlidir? Bunun üçün xüsusi olaraq nələrə diqqət yetirmək, nələrdən qorunmaq lazımdır? Qida məhsullarında nələrə diqqət olunmalıdır ki, qurdun "qurbanı" olmayaq?
 

- Adətən yoluxma halları ictimai nəqliyyat, bağçalarda uşaqlara və qida vasitəsilə ilə ola bilər. Son zamanlar qidadan yoluxma halları daha çox olduğu üçün insanlar buna xüsusi diqqət ayırmalıdır. Məsləhət görərdim ki, insanlar qurdlardan təmizlənmək üçün sirkədən istifadə etsinlər. 1 litr suyun içərisinə 5-6 damcı sirkə əlavə etsinlər. Daha sonra istifadə edəcəkləri meyvə-tərəvəzləri həmin suyun içində 15 dəqiqə saxlasınlar. Bu üsulla qidalardan qurdun yoluxması 80 faiz azalmış olur.

 

Həmçinin gigiyena qaydalarına riayət olunmalıdır. Əllər, ayaqlar, ağız boşluğu daima yuyulmalıdır. Bundan başqa bədənin immun sistemi güclü olmalıdır ki, qurda şərait yaranmasın.

 

- Aysel – Mənim 2 uşağımın hər ikisində ağ sap şəklində qurd görmüşəm. Onlar axşam narahat yatır. Mən hansı dərmandan istifadə etsəm uşaqlar sağalar?

 

- Mən valideynlərə evdə həkimlik etməyi məsləhət görmürəm. Yaxşı olar ki, belə hallarda həkimlərə müraciət etsinlər. Çünki evdə hansısa səhv müalicə pis nəticələrə səbəb ola bilər. Hər hansısa şübhə yaranan zaman mütləq həmin insan yoxlanışdan keçməlidir.
 

- Könül Manafova – Lyamba qurdu birdəfəlik təmizlənirmi? Bu mikrobdan tam necə xilas ola bilərəm? Profilakti üçün neçə aydan bir analiz verməliyəm?

 

- Ümumiyyətlə təmizlənməyən qurd yoxdur. Bununla yanaşı qurda yenidən yoluxma riski də daima var. Çünki buna heç kim qarantiya verə bilməz. Bu insanın özündən asılıdır.Əgər həkim xəstəni sağaldırsa, xəstə sonradan gedib yenidən gigyena qaydalarına riayət etmirsə, düzgün qidalanmırsa bu zaman qurd üçün yenidən şərait yaranır. Analiz üçün isə vaxtı özünüz seçə bilərsiniz. Yaxşı olar ki, il ərzində 6 ayda bir dəfə analiz verin.

 

- Səfiyə - Mənim qızımın 6 yaşı var. O gecələr yatanda səhərə kimi dişlərini bir-birinə sürtür. Uşağın gözlərinin altı qəhvəyi rəngdədir, əsəbidir, qəbizliyi var, 4-5 gündən bir böyük bayıra çıxır və iştahı yoxdur. Bu qurdun əlamətləridir? Ümumiyyətlə qurdun olub-olmamasını hansı analizlə öyrənə bilərəm? Mən eşitmişəm ki, qan analizi ilə də vermək olar. Harada analiz vermək olar?

 

- Bu şikayətlər uşaqda vitamin çatışmazlığını kəskin şəkildə göstərir. Analiz vermək üçün ən yaxşı üsul hidrokolon terapiyadır. Yaxşı olar ki, bu aparat vasitəsilə uşağın bağırsağını yuduzdurun, əgər qurd varsa da öz gözlərinizlə görün.

 

- Fatih Düzavcı – Əgər insan çox yeyib kökəlmirsə bunun səbəbi qurd ola bilərmi?

 

- Çox yeyib kökəlməməyə 3 səbəb var: 1-cisi qanazlığı, 2-cisi bağırsaqlardan qidalarının sorulmaması, 3-cüsü isə qurd xəstəliyi.

 

Siz bu qeyd etdiyim 3 faktora əsasən analiz verib özünüzdə hansının olduğunu dəqiqləşdirməlisiniz.
 

- Aygün Muradxanlı - Uşağın iştahı yerindədirsə və qəbizlik də yoxdursa səhərə yaxın dişlərini qıcaması “qurd”un əlaməti ola bilərmi?

 

- Burada həm qurd xəstəliyi, həm də sinir siteminin oyanıqlığı ola bilər. Digər oxucuya dediyim ki, siz də yaxşı olar ki, dəqiq səbəbi həkimə müraciət edərək dəqiqləşdirəsiniz. Daha sonra ona uyğun müalicə forması seçə bilərsiniz. Hazırda dəqiq səbəbi bilmədiyiniz üçün hansısa müalicə aparmağıınız məsləhət deyil.
 

- Səadət - Uşaqların məndən onlara təkrar yoluxmaması üçün nə etməliyəm?
 

- Qeyd edim ki, gigiyena əməllərinə riayət edilməsi, düzgün qidalanma, meyvə-tərəvəzin yaxşı yuyulması, immun sisteminin gücləndirilməsi nəticəsində bunun qarşısını almaq olar.



Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map