Azərbaycanda sürücülər cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilər

TREND / Cəmiyyət / 29.11.2011 12:31
Xəbəri paylaş
Bu xəbər 8946 dəfə oxunub

Azərbaycanda hər bir sürücü yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilər.


Azərbaycanda hər bir sürücü yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin internet saytında (www.mia.gov.az) yerləşdirilmiş cərimə balları bölməsinə (http://mia.gov.az/?/az/driverlicense/) daxil olmaqla, sürücülər bu barədə məlumat əldə edə bilərlər.

Hər bir sürücü saytın bu bölməsində sürücülük vəsiqəsinin nömrəsi, doğum və vəsiqənin son istifadə tarixini yazmaqla, cərimə balı barədə məlumatları öyrənə bilər.

Xəbərə aid URL »

NEWSMEETING © 2011
Bizə yazın: newsmeeting@gmail.com
Digər saytların xəbərlərindən saytımız məsuliyyət daşımır.
newsmeeting.com Site Map